Çip istehsalçısı “Taiwan Semiconductor Manufacturing” (“TSMC”) şirkətinin kapitallaşması 538 milyard dollara çatıb, nəticədə o, Asiyanın ən bahalı şirkəti olub.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “CNBC” yazıb. Bildirildiyi kimi, buna bir neçə amil kömək edib.
Səhmlərin bahalaşmasının ilk səbəbi çip çatışmazlığıdır. Belə ki, çip istehsal edən şirkətlərin səhmləri son bir neçə rüb ərzində bahalaşmağa davam edir. Eyni zamanda “TSMC” dünyanı ən böyük çip istehsalçılarından biridir. Şirkətin rüblük gəliri durmadan artır, eyni zamanda İT nəhəngi istehsala onlarla milyard dollar sərmayə qoyur. Mütəxəssislərin fikrincə, çip çatışmazlığı daha 2-3 il davam edəcək.
İkinci səbəb – Çin şirkətlərinin səhmlərinin ucuzlaşmasıdır. Qeyd edək ki, bundan əvvəl Asiyanın ən bahalı şirkəti olan “Tencent” holdinqi bir neçə həftədir ki, kapitallaşmasını itirir. Bu, Çin hökumətinin yerli texnologiya sənayesinə təzyiqi fonunda baş verir.
Materialın hazırlandığı zaman (18 avqustda) “Tencent”in kapitallaşması 560 milyard dollar, “TSMC”nin kapitallaşması isə 578 milyard dollar olub. Çinin və Asiyanın ən bahalı şirkətlərindən biri olan “Alibaba”nın dəyəri 480 milyard dollar təşkil edib.