-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanlı yanğınsöndürənlərin növbəti qrupu Türkiyədən qayıdıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə Türkiyə Respublikasına göndərilən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu vətənə qayıdıb.

Türkiyə ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsi üçün köməyə gedən Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən texnikaları və şəxsi heyətin digər hissəsi də vətənə dönüb.

Qeyd edək ki, onlar Türkiyə – Gürcüstan – Azərbaycan yolu ilə ölkəyə qayıdıblar.

Son xəbərlər
Digər xəbərlər