Azərbaycanda istehsal edilməyən və xaricdən ölkəyə idxal edilən diyircəkli qələmlərə olan təlabat kəskin düşməkdədir.
Banker.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-iyun(birinci yarımillik) ayları ərzində 12 milyon 725 min ədəd yazı üçün istifadə edilən diyircəkli qələm idxal edib. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 12% azalmadır.
2019-cu ilin ilk yarısında 14 milyon 709 min ədəd, 2020-ci ilin ilk yarısında 14 milyon 499 min ədəd qələm idxal edilmişdi.
Cari ildə idxal edilmiş qələmin cəmi dəyəri 478 min ABŞ dolları təşkil edib.
Görünür, COVID-19 virusuna görə Azərbaycanda 19 mart 2020-ci ildən təhsil müəssisələrinin distant təhsilə üstünlük verməsi və hazırda texnoloji vasitələrin daha çox istifadə olunması bu ənənəvi yazı alətinə tələbi kəskin düşürdür.