Türkiyədə COVID-19 ilə əlaqədar yeni məhdudiyyətlər tətbiq olunub. Banker.az “Radiosputnik”ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Qeyd edək ki, bundan sonra Türkiyədə peyvənd olunmamış şəxslər restoran və kinoteatrlara getmək üçün test verməli olacaqlar.
Bununla yanaşı, tədris ilinin başlaması ilə əlaqədar olaraq, məktəb işçiləri həftədə ən azı iki dəfə test verəcəklər.
“Biz peyvənd olunmamış tələbə və universitet işçilərindən mütəmadi olaraq test vermələrini tələb edəcəyik. Eyni zamanda beynəlxalq və şəhərlərarası uçuşlar üçün testləri məcburi edəcəyik”, – deyə prezident vurğulayıb.