10 C
Baku
Thursday, December 12, 2024

Mövlud Çavuşoğlu “Krım platforması”nda iştirak edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Krım platforması” sammitində iştirak edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, bu məqsədlə nazir avqustun 23-də Ukraynaya səfər edəcək.

“Krım Platforması” sammitində 44 ölkə və beynəlxalq təşkilatların rəsmilərinin iştirakı planlaşdırılır.

Qeyd edək ki, “Krım Platforması” Krımın Ukraynanın idarəçiliyinə qaytarılması uğrunda bütün dünyada səyləri koordinasiya etmək üçün Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən yaradılıb.

Sözügedən platformanın inauqurasiya sammiti və onun fəaliyyətə başlaması 23 avqustda həyata keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər