ABŞ prezidenti Co Bayden cib kağızındakı qeydə baxmadan Birləşmiş Ştatların Əfqanıstandakı itkilərinin sayını açıqlaya bilməyib.
Bu barədə “RİA Novosti” xəbər verir.
O, Ağ Evdəki mətbuat konfransında jurnalistin ABŞ-ın itkiləri ilə bağlı sualına cavab vermək üçün o pencəyinin cibindən kiçik qeyd kağızını çıxarıb.
“Bu kağız hər gün üstümdədir – biz faktiki olaraq itirdik: 2 448 nəfər amerikalı ölüb, 20 722 nəfər yaralanıb”, – Bayden deyib.
Bu məlumatlar zamanı o, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması haqqında qərarının düzgünlüyünü əsaslandırıb.
Əfqanıstanda vəziyyət “Taliban” hərəkatı döyüşçülərinin avqustun 15-də Kabilə girmələrindən və prezident sarayını nəzarət altına almalarından sonra daha da pisləşib.