“Taliban” hərəkatının nümayəndəsi ABŞ qoşunlarının Əfqanıstandan avqustun 31-dək çıxarılmasını tələb edib.
Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu şərtə əməl edilməməsi işğalın genişləndirilməsi kimi qiymətləndiriləcək.
Xatırladaq ki, 15 avqustda “Taliban” Kabilə daxil olub, sonra Əfqanıstanda “müharibənin sona çatdığını” elə edərək bunu ölkənin “azad edilməsi” adlandırıb. Əfqanıstan prezidenti Əşrəf Qani həmin gün istefa verərək BƏƏ-yə qaçıb.
Əfqanıstanda vəziyyət 20 ildir ölkədə olan ABŞ ordusunun geri çəkilməsi fonunda gərginləşib. Bu müddət ərzində bölgədə sülhə və siyasi sabitliyə nail olmaq mümkün olmayıb.