Yuli Sezarın avtoqrafı 2 milyon dollar dəyərindədir, lakin hələ ki heç kim onu tapmayıb.
Yazıçı Çarlz Dikkens həmişə üzü şimala doğru yatırdı. Belə ki, o belə hesab edirdi ki, bu onun yaradıcılıq istedadının yüksəldilməsinə kömək edəcək.
Çində üç ən məşhur ad İsus Xristos, Riçard Nikson və Elvis Preslidir.
Yuli Sezar tökülməyə başlayan saçlarını gizlətmək üçün başına dəfnə yarpağından hazırlanmış çələng taxırdı.
Tomas Ceffersonun ABŞ Müstəqillik Bəyannaməsini yazdığı yerdə hazırda qəlyənaltı etmək üçün məkan yerləşir.
Çinin kommunist partiyasının ilk sədri Mao Rse-Tang vəzifəyə gəlməmişdən əvvəl Pekin universitetində kitabxana köməkçisi işləyirdi.
Bir dəfə Albert Eynşteynə İsrail prezidenti olmaq təklif edilmişdi. O dövlət miqyasında olan məsələləri həll edə bilməyəcəyini bildirərək imtina etmişdi.
Albert Eynşteyn vəfat etdikdə onun son sözləri də onunla birlikdə öldü. Çünki o zaman onun yanında olan tibb bacısı alman dilini bilmirdi.
I Yelizaveta saqqal saxlayan kişilərdən vergi alınmasını əmr etmişdi.
Kraliça Viktoriyanın toy hədiyyələrindən biri bir parça pendir idi. Bu pendir parçası yarım ton çəkiyə və 3 metr diametrə sahib idi.
İsaak Nyuton gizli və fövqəltəbii ideyalara sahib idi.
İki dəfə Nobel mükafatı laureatı, radiumu aşkar edən Mari Küri yalnızca qadın olduğu üçün prestijli Fransa akademiyasının üzvü ola bilməmişdi.
Con Rokfeller bütün həyatı boyu xeyriyyəyə 500 milyon dollar xərcləmişdi.
Dünyanın ən bahalı insanlarından biri olan John Paul Getty-nin imarətində taksafon var idi.
Uinston Çörçill gün ərzində azı 15 siqaret çəkirdi.
İtaliyanın dövlət bayrağını Napoleon Bonapart fikirləşib.
Corc Vaşinqtonun anadan olduğu gün ABŞ-ın bütün ştatlarında rəsmi tətil günüdür.
İsrail çarı Süleymanın 700-ə yaxın arvadı və yüzlərlə sevgilisi var idi.
Motsart heç vaxt məktəbə getməyib.