Qırğızıstan Xarici İşlər Nazirliyi Əfqanıstan vətəndaşlarına viza verilməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb. Banker.az xarici KİV-ə xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Əfqanıstandakı qeyri-sabit hərbi-siyasi vəziyyəti nəzərə alaraq, arzuolunmaz şəxslərin Qırğızıstan ərazisinə girməsinin qarşısını almaq üçün müvəqqəti məhdudiyyətlə qoyulur”, – deyə mesajda bildirilir.
Diplomatlara və rəsmi nümayəndə heyətlərinin üzvlərinə vizaların verilməsi istisna haldır. Eyni zamanda razılaşma mərhələsində əfqanlı tələblərə vizaların verilməsi məsələsi sual altındadır.