21 C
Baku
Saturday, November 2, 2024

Azərbaycanla Britanyanın birgə müəssəsinin xalis mənfəəti kəskin düşüb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Britaniya şirkətinin birgə müəssisəsi böhranlı 2020-ci ildən xalis mənfəətlə çıxmağı bacarıb.

Banker.az xəbər verir ki, “SOCAR Cape” MMC 2020-ci il ərzində 94 milyon manat həcmində gəlir əldə edib. Bu da illik müqayisədə 1.1% azalma deməkdir.

Məhsulun maya dəyəri isə 72 mln. manat olmaqla, SOCAR Cape-nin ümumi mənfəətinin 22 milyon manat olmasına səbəb olub. Öncəki ildə ümumi mənfəət 38 mln. manat idi. Şirkətin ümumi və inzibati xərcləri isə 4 mln. və digər xərcləri isə 5 mln. olmuşdur.

Beləliklə illik xalis mənfəəti 17 milyon manat olmuşdur, halbu ki 2019-cu ildə 29 milyon manat idi.

Qeyd edək ki, “SOCAR Cape” birgə müəssisəsi 2010-cu ildə yaradılıb. Layihədə 51% Azərbaycan tərəfinə, 49% isə Britaniyanın “Cape Indastrial Servisez ltd.” şirkətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər