10 C
Baku
Thursday, December 12, 2024

Britaniya Əfqanıstanı “qara siyahı”ya sala bilər

Böyük Britaniya hökuməti “Taliban” Kabildə hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstanı “qara siyahı” ya salmaq təklifini müzakirə edəcək.

Bu barədə “The Telegraph” nəşri yazır.

Əgər Əfqanıstan “qara siyahı”ya salınarsa bu ölkəyə səfər edən Britaniya vətəndaşları həbs edilmə təhlükəsi ilə üz-üzə qalacaqlar. “Qara siyahı”ya bütün Əfqanıstan və ya bir hissəsi daxil ola bilər.

Mənbə qeyd edib ki, məsələ avqustun 29 -dək Nazirlər Kabinetinin iclasında nəzərdən keçiriləcək: “Lakin hazırda ən vacib məsələ Əfqanıstandan ölkə vətəndaşlarının təhlükəsiz və tez bir zamanda təxliyə edilməsidir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər