Facebook sosial şəbəkəsi istifadəçilərə əsas tətbiq vasitəsi ilə video və səsli zənglər etmək imkanı verəcək funksiyanı sınaqdan keçirməyə başlayıb.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Əvvəllər istifadəçilər mobil telefonda yalnız “Messenger” tətbiqinin köməyi ilə mesaj göndərə bilirdilər. Yeni funksiya əsas tətbiq ilə “Messenger” arasında keçid ehtiyacını azaldacaq.
Bəzi istifadəçilər bu gündən etibarən bu funksiyadan istifadə edə biləcəklər. Təcrübənin ABŞ -dan başqa hansı ölkələrdə olacağı barədə məlumat verilmir.