7 C
Baku
Monday, March 3, 2025

Bələdiyyə sədri dövlət büdcəsindən ayrılmış dotasiyanın böyük hissəsini mənimsəyib – cinayət işi açıldı

Noda bələdiyyəsinin sabiq sədri Səlim Səfərov işlədiyi müddətdə dövlət büdcəsindən bələdiyyəyə ayrılmış 1950 manat dotasiyanın 1600 manatını təyinatı üzrə istifadə etməyib nağdlaşdıraraq şəxsi ehtiyacına xərcləmiş, həmçinin qeyd edilən pul vəsaitinin təyinatı üzrə xərclənilməsi görüntüsünü yaratmaq məqsədi ilə rəsmi sənədə bilə-bilə yalan məlumat daxil edərək vəzifə saxtakarlığı etmişdir.

Banker.az bu barədə Baş Prokurorludan əldə etdiyi məlumata əsasən xəbər verir.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Səlim Səfərov Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir.

 

Son xəbərlər
Digər xəbərlər