10 C
Baku
Thursday, December 12, 2024

“TikTok” genişləndirilmiş reallıq platformasını işə salıb

“TikTok” özü tərtib etdiyi “Effect Studio” adlı genişləndirilmiş reallıq platformasını işə salıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, şirkət maraqlı olan inkişafetdiriciləri “Effect Studio”ya qoyulmağa çağırır.

Qeydiyyatdan keçmək üçün inkişafetdiricilər elektron poçt ünvanı, “TikTok” hesabı, şirkəti və genişləndirilmiş reallıq sahəsindəki təcrübələrini daxil etməlidirlər.

Xatırladaq ki, sayt avqust ayında işə salınsa da, layihənin özü bir neçə bazarda sınaqdan keçirilib. “TikTok” alətin rəsmi olaraq təqdim ediləcəyi tarixi açıqlamayıb. Onun fikrincə, “Effect Studio” sadəcə bir “sınaqdır”.

Buna baxmayaraq, “AR” alətlərinin işə salınması “TikTok”u bu sahədə daha rəqabətli olmasına kömək edir.

Son xəbərlər
Digər xəbərlər