Özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə bu ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 3% azalıb.
Banker.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77.7 faiz təşkil
edib.
2021-ci ilin yanvar-iyul aylarında nəqliyyatçılar 650,4 milyon sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 96,6 faizi avtomobil nəqliyyatı, 3,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.