®AccessBank SME Bankçılıq Yay Məktəbi layihəsini uğurla davam etdirir. Layihə, bankçılıq üzrə iş təcrübəsi olmayan və karyerasını Kiçik və Orta Biznes (KOB-SME) sahəsi üzrə qurmaq istəyən universitet məzunları üçün nəzərdə tutulub.
Hazırda SME Bankçılıq Yay Məktəbində 9 universitetdən 15 məzun iştirak edir. Bunlar Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Neft və Sənayə Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Kooperasiya Universiteti və Türkiyənin Süleyman Dəmirəl Universitetinin məzunlarıdır. Onlar 2 mərhələli seçim turundan uğurla keçdikdən sonra layihədə iştirak etmək hüququ qazanıblar.
SME Bankçılıq Yay Məktəbi namizədlərə maliyyə və kredit sahəsində nəzəri və praktik biliklər verməklə yanaşı, həm də gələcəkdə onlara yerli Avropa Bankının komandasının üzvü olmaq şansı da yaradır.
SME Bankçılıq Yay Məktəbi 10.09.2021 tarixinədək davam edəcək.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bankların KOB-SME sahəsində işləyən əməkdaşlarının böyük bir qismi AccessBank məktəbinin yetirmələridir.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı,Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla 28 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.