10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan şüşə butulkanın istehsalını azaldır, plastiki kəskin artırır

Azərbaycanda 2021-ci ilin birinci yarısında istehsal etdiyti şüşə butulkaların sayı 17% azalıb, plastiklərdə isə kəskin artım olub. Bu barədə Banker.az-a təsdiqlənən rəsmi statistik məlumatda qeyd edilib.

Ölkəmizdə ilin yanvar-iyun ayları ərzində 32 milyon 342 min ədəd içki və ərzaq malları üçün həcmi 2.5 litrdən az olan rəngsiz butulkalar istehsal edilmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 723 min ədəd (17%) az olması deməkdir. Ümumilikdə isə bazara 36 milyon 125 min ədəd şüşə qablar yönəldilib.

Azərbaycanda həcmi 2 litrdən çox olmayan plastik butulka istehsalə həcmi 2021-ci ilin ilk yarısında 27 milyon 799 min ədəd olub. Bu da illik müqayisədə 4 dəfə artım deməkdir. İstehsal edilmiş məhsulların hamısı əmtəəlik olub və hamısı da bazara yönəldilib.

İl ərzində ölkədə bu butulkalar üçün 13 093 kq plastik qapaq istehsal edilib, bu da öncəki ilin eyni müddətindən 37 dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər