İpoteka və Kredit Zəmanət Fondu 2021-ci ilin birinci yarımilliyini 8 milyon 441 min manat mənfəətlə başa vurub.
Banker.az bu barədə fondun maliyyə hesabatına istinadən xəbər verir.
Bu ilin 6 ayında İpoteka və Kredit Zəmanət Fondunun faiz gəlirləri 26 milyon 568 min manat, faiz xərcləri 13 milyon 444 min manat təşkil edib.
Bu il iyulun 1-nə İKZF aktivləri 1 891.018 milyon manat, cəmi öhdəlikləri 1 027.015 milyon manata, balans kapitalı 864 milyon manat olub.