Bu gündən etibarən Gürcüstanda kafe və restoranlar saat 23:00 əvəzinə saat 22:00-da bağlanacq.
Bu barədə qərarı Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.
Bununla yanaşı, qida obyektlərində pandemiya dövrünün tələblərinə əməl olunmasına ciddi nəzarət davam etdiriləcək.
Digər qərarla sentyabrın 2-də Batumidə futbol üzrə dünya çempionatının seçim mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan-Kosovo matçına tamaşaçılar buraxılmayacaq.
Qeyd edək ki, qonşu ölkədə ağır epidemioloji vəziyyət hökm sürür. COVID-19-a gündəlik yoluxma sayı 5-6 min təşkil edir, ölüm halları kəskin artıb.