Azərbaycan bankları cari ilin iyulunda da depozit portfellərini böyüdə bildilər.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki bankların müştərilərdən cəlb etdiyi depozitlərin həcmi 1 avqust 2021-ci il tarixinə 22 milyard 849.3 milyon manata yüksəlib.
Bu da son bir ayda 3.27%, ilin əvvəlindən isə 10.26% artım deməkdir.
Bankların depozitlərinin 8 milyard 439.5 milyon manatı fiziki şəxslərdən cəlb edilmiş vəsaitlər, o cümlədən 5 milyard 89.5 milyon manatı müddətli depozitlər olmuşdur. Fiziki şəxslərin müddətli (faizlə yerləşdirlmiş) depozitlərinin həcmi son bir ayda 1.64%, ilin əvvəlindən isə 6.27% artmışdır.
Depozitlərin qalan 14 milyard 409.8 milyon manatı isə hüquqi şəxslərin depozitəri, o cümlədən 2 milyard 290.1 milyon manatı müddətli əmanətlər təşkil edir.
Sahibkarlıqla məşğul əhalinin banklardakı cari hesablarının həcmi isə 166.4 milyon manat olub. Bu da son ayda 1.03%, ilin əvvəlindən isə 34.96% artmışdır.