7 C
Baku
Sunday, December 15, 2024

“WhatsApp”da zərərverici virus aşkarlanıb

“Kaspersky” şirkəti məşhur “WhatsApp” messenceri üçün əlavələrin birində “Triada troyanı” aşkarlayıb.

Şirkətin mütəxəssisləri “WhatsApp” messenceri üçün “FMWhatsapp16.80.0” əlavəsində “Triada troyanı” aşkarlayıblar.

Bu troyan digər zərərli modulları yükləyə və işə sala, reklam göstərə və ödənişli abunəlikləri təsdiqləyə bilir.

Əksər “WhatsApp” istifadəçisi onun imkanlarını genişləndirmək istəyir. Daha rahat versiya axtarışı zamanı yeni imkanlar (məsələn, dinamik şablonlar seçmək və ya silinmiş mesajları oxumaq) təqdim edən əlavələr yükləyirlər. Onların tərkibində tətbiqdə adətən müxtəlif cür bannerlər kimi meydana çıxan reklamlar olur. Belə olan halda, təcavüzkarlar proqram tərtibatçılarına reklam modulları adı altında zərərli proqramlar verərək bu reklamlardan bir boşluq kimi istifadə edirlər.

2021-ci il ərzində “Kaspersky” həlləri “WhatsApp”la bağlı 33 min hücum, o cümlədən messencerin öz adından istifadə edən və ya əlavə və yeniləmə şəklində olan hücumlar qeydə alıblar.

“Haqqında danışdığımız əlavə istifadəçilər üçün zərərsiz görünür, axı o, doğrudanda nə qeyd olunubsa, onu da edir – əlavə funksiyalar təmin edir. Amma onun tərkibində təkcə reklam modulları yox, həm də troyan proqramları da quraşdırılıb. Buna görə də, tətbiqləri yalnız rəsmi mağazalardan yükləməyi tövsiyə edirik. Onların funksionallığı bir az kasad ola bilər, əsas odur ki, özlərilə cihaza çox sayda zərərli fayllar gətirmirlər”, – deyə “Kaspersky”nin təhlükəsizlik üzrə mütəxəssisi İqor Qolovin bildirib.

Xatırladaq ki, troyan proqramlar hazırda dünyada ən geniş yayılmış virus proqramlarıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər