Mərkəzi Bank cəmi depozit bazasının valyutalar üzrə strukturunu açıqlayıb.
Banker.az xəbər verir ki, 2021-ci il avqustun 1-nə banklardakı 24 milyard 926.9 milyon manat depozitin 13 milyard 104.6 milyon manatı xarici valyutadadır. Bu məbləğ bugünkü məzənnə ilə təxminən 7 milyard 713 milyon dollardır.
Depozitlərin 11 milyard 822.3 milyon manatı milli valyutadadır.
İyulda manatla müddətli depozitlər və xarici valyutada depozitlər artıb.