2 C
Baku
Saturday, December 14, 2024

Avropada qazın min kubmetrinin qiyməti 546 ABŞ dollarına çatıb

Avropada qazın spot qiyməti ötən həftəki 10 dollarlıq ucuzlaşmadan sonra yenidən artmağa başlayıb.

“Nefteqazovaya vertikal” jurnalı xəbər verir ki, buna “Şimal axını-2” boru xəttinin tikintisinin başa çatmasına cəmi 15 km qalması barədə bəyanat səbəb olub.

Niderlanddakı TTF habı üzrə qazın qiyməti 9,6% artaraq min kubmetr üçün 546 ABŞ dollarına çatıb.

Son 2 gündə “Yamal-Avropa” qaz xətti ilə qaz tədarükünün əhəmiyyətli dərəcədə artması belə qiymət artımına mane olmayıb.

Avropanın yeraltı anbarlarında xammal ehtiyatları səviyyəsi 64,75%-ə çatıb.

Qeyd edək ki, ajiotaj tələb fonunda “Qazprom” 2021-ci il üzrə ixrac qiyməti proqnozunu 30% artırıb.

Son xəbərlər
Digər xəbərlər