Azərbaycanda nağdsız ödənişlərin həcmi aybaay artsa da, onunla bərabər ATM-lərdən nağdlaşdırma da artıb. 2021-ci ilin ilk yanvar-iyun ayları ərzində 5 milyard 194 milyon manata çatıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu da illik müqayisədə 2.2 dəfə yüksəlişdir.
Ölkədə aparılan nağdsız ödənişlərin 316 milyon manatı ATM-lər (illik müqayisə 2.7 dəfə artım), 2 milyard 105 milyon manatı POS-terminallar (2.9 dəfə artım), 2 milyard 773 milyon manatı e-ticarət vasitəsi (83.6% artım) ilə ödənilmişdir.
İyul ayı üzrə nağdsız hesablaşmaların 59 milyon manatı ATM (aylıq müqayisə: 15.7% artım), 341 milyon manatı POS-terminal (4.3% artım) və 481 milyon manatı e-ticarətlə (7.9% artım) ödənilmişdir.
PULUN NAĞDLAŞDIRILMASI DA SÜRƏTLƏNİR
Ənənəvi nağd ödənişlər hələ ki, dominantlığını qorumaqdadır. Məsələn, cari ilin ilk 7 ayı ərzində Azərbaycanda ATM və POS-terminallarla pulun nağdlaşdırılmasının əməliyat həcmi 13 milyard 501 milyon manat olmuşdur. Bu isə 2020-ci ilin müvafiq dövründən 45.9% yüksəkdir. Vəsaitlərin nağdlaşdırılmasının 12 milyard 951 milyon manatı ATM və 550 milyon manatı isə POS-terminal vasitəsi ilə aparılmışdır.