7 C
Baku
Monday, March 3, 2025

ABŞ aviaşirkəti peyvənd olunmamış işçilərdən $200 vergi tutacaq

Amerikanın “Delta Air Lines” aviaşirkəti peyvənd olunmamış işçilərdən 200 dollar ödəməyi tələb edəcəyini açıqlayıb.

Banker.az “Secretmag”a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb. Bildirildiyi kimi, bu ödənişlər koronavirusa yoluxmuş işçilərin müalicəsinə çəkilən xərcləri kompensasiya etməyə kömək edəcək.

Qeyd edək ki, şirkət bir işçiyə çəkdiyi xərci təxmini 50 min dollar dəyərində qiymətləndirir. Hal-hazırda “Delta Air Lines” işçilərinin 75%-i COVID-19 əleyhinə peyvənd olunub, lakin aviaşirkət bu göstəricini artırmağı planlaşdırır. Önümüzdəki bir neçə ay ərzində işçiləri peyvənd olunmağa təşviq etmək üçün əlavə ödənişlər və məzuniyyətlər tətbiq ediləcək.

Bundan əlavə, 12 sentyabrdan başlayaraq hər bir peyvənd olunmamış işçi həftədə bir dəfə koronavirus testi verməli və daimi olaraq qoruyucu maska taxmalı olacaq.

Xatırladaq ki, ABŞ-da son sutkada 135 min insan koronavirusa yoluxub. Con Hopkins Universitetinin məlumatlarına əsasən, pandemiya dövrü ərzində yoluxanların sayı 38 milyonu keçib. Ümumilikdə, COVID-19-dan 630 min amerikalı ölüb.

Son xəbərlər
Digər xəbərlər