Azərbaycanda 2021-ci ilin yanvarından bu tərəfə dəfə Azərbaycan Respublikası Dövlət Neft Fondunun banklara satdığı dollar ikinci ən böyük rəqəm olub. Hərraclarda satılan xarici valyuta 500 milyon dolları ötüb.
Banker.az xəbər verir ki, avqust ayı ərzində 512.2 milyon ABŞ dollar olub. Bu da son aylıq müqayisədə 11% artım deməkdir.
Avqust ayında 9 valyuta hərracı keçirilmiş və ayın son 4 hərraclarında dollara tələbin yüksəldiyi müşahidə edilir.
ARDNF Mərkəzi Bankda 2021-ci il ərzində valyuta hərraclarında ümumilikdə 3 milyard 742.8 milyon dollar həcmində “manatın qorunmasına” valyuta sərf edib. Bu da öncəki ildən hələki (həmin dövrün də 1.9 mlrd-ı martın payına düşürdü) 1 milyard 260.9 milyon manat yaxud, 25% azdır.