30 C
Baku
Thursday, July 10, 2025

“SOCAR” gələn ildən 36 min dollara qənaət edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə müəssisəsi “SOCAR Türkiyə” iş proseslərində çap, sənəd göndərmə və arxivləşdirmə kimi prosesləri ortadan qaldıran e-imza tətbiqini istifadəyə verib.

Banker.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir ki, tətbiqlə şirkət, önümüzdəki ildə 500 min kağız və təxminən 36 min dollar məbləğə qənaət edəcək.

Həmçinin bildirilib k, tətbiq şirkətin 5 min əməkdaşı tərəfindən istifadə olunacaq. Tətbiq müqavilə proseslərini 21 gündən 3 günə azaltmağa imkan verəcək, əvvəllər 5 iş günü tələb edən işlər isə iki günə həll olunacaq

Son xəbərlər
Digər xəbərlər