2 C
Baku
Saturday, December 14, 2024

Zərərdə olan “Aqroservis” ötən il işçilərinin sayını azaldıb

“Aqroservis”in 2020-ci ilin sonunda işçi sayı 556 nəfər olub.Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir. 2020-ci ilin yanvarın 1-nə isə işçilərinin sayı 582 nəfər olub ki, 26 nəfərin azalması deməkdir. Xatırladaq ki, “Aqroservis” 2005-ci ildən fəaliyyət göstərən “Aqrolizinq” ASC-nin bazasında ötən il yaradılıb. Onun nizamnamə kapitalı 411,976 milyon manatdır. Şirkət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.

Son xəbərlər
Digər xəbərlər