Əfqanıstanda yeni hökumətin tərkibinə qadınlar daxil edilməyəcək.
Bunu “La Repubblica” qəzetinə müsahibəsində “Taliban” hərəkatının nümayəndəsi Zəbihulla Mücahid bildirib.
Bununla yanaşı, o qeyd edib ki, “qadınlar nazirliklərdə, polisdə, yaxud, məsələn, məhkəmə sistemində köməkçi qismində işləyə bilərlər”. Onun sözlərinə görə, taliblər “milli birlik hökumətini mümkün qədər tez formalaşdıracaqlar”.
Al Jazeera telekanalının informasiyasına əsasən, Əfqanıstanın yeni hökumətində ölkənin əvvəlki administrasiyasının təmsilçiləri yer almayacaq. Nazirlər Kabinetinin tərkibi barədə qərarın sentyabrın 3-də elan olunacağı gözlənilir.