Bakı Fond Birjasınının avqust ayı üzrə açıqlamasına görə, dövlət qiymətli kağızlarının həcmi 5 milyard 877.38 milyon manata çatıb.
Banker.az xəbər verir ki, 1 avqust 2021-ci il tarixinə dövlət qiymətli kağızlarının 5 milyard 065.81 milyon manatı ilkin emissiya edilmiş dövlət istiqrazları təşkil etmişdir.
Burada 1 milyard 270.42 milyon manatı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xətti ilə bazara emissiya edilmiş ilkin dövlət istiqrazları olmuşdur. Bu da illik müqayisədə 2 dəfə artım deməkdir. 2020-ci ilin müvafiq dövründə 607.81 milyon manat idi.
Azərbaycan Mərkəzi Bankı tərəfindən isə 3 milyard 795.39 milyon manatlıq notlar emissiya etmişdir. Bu da öncəki ilin eyni dövrü ilə müqayisədə 8.1% artım deməkdir.