15 C
Baku
Saturday, November 2, 2024

Rusiyanın enerji ixracı 2035-ci ilədək 179 mlrd. dollar azala bilər

“Sberbank” enerjiyə keçid səbəbindən 2035-ci ilədək Rusiyanın enerji ixracının 179 mlrd. ABŞ dolları azalacağını proqnozlaşdırır.

Bu barədə “Sberbank”ın rəhbəri Qerman Qref bildirib.


O bildirib ki, bankın araşdırmasına görə, 2050-ci ilə qədər azalma 192 mlrd. dollar təşkil edəcək: “Əlbəttə ki, söhbət yanacağın enerji mənbələri şəklində birbaşa istifadəsindən gedir”. Bankir hesab edir ki, əgər Rusiya qaz və neft kimyası texnologiyalarını daha ekoloji cəhətdən təmiz sistemlərə çevrə bilsə, digər rəqəmlər görmək mümkün olacaq.

“Sberbank”ın mütəxəssisləri 2050-ci ilədək neft və qaz kondensatı istehsalının potensial azalmasını 72%, qazın – 52%, yanacaq kömürün – 90% səviyyəsində olacağını proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər