Bu ilin ikinci rübündə dünya üzrə təxminən 40,9 milyon ədəd ağıllı saat və fiziki aktivliyi izləyən qolbağ satılıb. “Canalys” analitik şirkətinin hesablamalarına görə, bu, ötən ilin analoji dövrünün göstəricisindən 5,6 % çoxdur.Hesabat dövründə fitnes-qolbağların satışları 23,8 % azalaraq 15,5 milyon ədədə düşüb, Smart-saatların – 37,9 % artıb. Sonuncuların payına daşınan cihazlar bazarının 62 %-i düşür.Fitnes-qolbağ seqmentində 19,6 %-lik bazar payı ilə “Xiaomi”, ağıllı saatlar seqmentində isə “Apple” (bazar payı 31,1 %) liderlik edir.