10 C
Baku
Wednesday, December 11, 2024

Səudiyyə Ərəbistanı Asiya üçün qiymətləri endirdi – Neft ucuzlaşır

Dünya birjalarında neftin qiyməti yeni iş həftəsinə ucuzlaşma ilə start verib və qiymətlər 72 dollardan aşağı düşüb. Neftin qiymətində ucuzlaşmanın əsas səbəbi isə ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanının Asiya üçün neftin qiymətlərini azaltmasıdır.

Banker.az xəbər verir ki, bu barədə Bloomberg-in 08:17 üçün olan göstəricilərində qeyd edilir.

ICE birjasında Brent neftinin bir barreli noyabr fyuçerslərində 1.14% ucuzlaşmaqla 71.78 dollara, NYMEX birjasında WTI neftinin bir barreli isə 1.07% ucuzlaşmaqla 68.55 dollara düşüb.

Dövlət neft nəhəngi “Saudi Aramco” ötən şənbə günü bildiriş verib ki, rəsmi satış qiymətlərini Asiya ölkələri üçün 1 dollar hər barrelində ucuzlaşdırıb.

Son xəbərlər
Digər xəbərlər