“Taliban” hərəkatı bütün Əfqanıstan ərazisinə nəzarət edir.
Müqavimət hərəkatının lideri Əhməd Məsud yaydığı səs yazısında Pəncşir vilayətinə nəzarətin “Taliban”a keçdiyini etiraf edib.
“Mənim ailə üzvlərim dünən hücum nəticəsində öldürülüb. Bütün xalqı “Taliban” əleyhinə etirazlar keçirməyə səsləyirəm”- deyə müraciətdə deyilib.
Məsud silahlı mübarizəni sona qədər davam etdirəcəklərini də əlavə edib.