Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinin aşağıda adları çəkilən rəhbər şəxsləri təltif edilsinlər:
“Şöhrət” ordeni ilə
Rəhimov İlqar Elxan oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Məmmədov Kamal Cabir oğlu