9 C
Baku
Thursday, December 12, 2024

“Taliban” Əfqanıstanda yeni hökumət qurub

“Taliban” Əfqanıstanda qurduğu yeni hökumətin tərkibini təsdiq edib.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Zabiullah Mücahid məlumat verib.

Zabiullah Mücahid vurğulayır ki, gələcəkdə ölkə Konstitusiyasına dəyişiklik ediləcək, sənəd ya yenidən yazılacaq, ya da dəyişiklərə məruz qalacaq.

Xatırladaq ki, avqustun əvvəlində ABŞ hərbiçilərinin Əfqanıstandan çıxması fonunda “Taliban” hökumət qüvvələrinin mövqeyinə qarşı hücuma keçib və 15 avqustda Kabilə daxil olub. Hərəkat Əfqanıstanda müharibənin sona çatdığını elan edib.

Son xəbərlər
Digər xəbərlər