“Günay Bank” ASC-nin Risklərin idarə edilməsi departamentinə yeni rəhbər təyin edilib.
Banker.az xəbər verir ki, bu, Eltay Kələşovdur.
E.Kələşov, “Günay Bank”a 2020-ci ilin sentyabrında bu departamentin direktor müavini kimi gəlmişdi.
2010-cu ildən 2020-ci ilin sentyabrına qədər isə ötən lisenziyası ləğv edilən “Ata Bank” ASC-də Risklərin idarəedilməsi departamentinin Aktivlərə nəzarət şöbəsinin müdiri kimi çalışmışdı.