16 C
Baku
Wednesday, October 30, 2024

Yaponiyanın II rübdə iqtisadi artım tempi gözləntiləri üstələyib

Yaponiya Nazirlər Kabinetinin İdarəsinin yenilənmiş məlumatlarına əsasən, 2021-ci ilin II rübündə Yaponiya iqtisadiyyatı illik müqayisədə 1,9% artıb.

“Reuters” verdiyi məlumata görə, qeydə alınmış artım tempi iqtisadçıların 1,6%-ə bərabər olan gözləntiləri üstələyib. Hesabat dövründə rüblük artım 0,5% olub və bu, əvvəlki proqnozdan 0,2 faiz bəndi çoxdur. Böyümənin proqnozlaşdırılandan daha çox olması bizneslərin xərclərinin və iqtisadiyyata kredit qoyuluşlarının artması ilə əsaslandırılır.

Lakin o da qeyd olunur ki, Yaponiya iqtisadiyyatı hələ də COVID-19 pandemiyasına həssasdır və virusun yeni ştammları özəl sektorun fəaliyyətinə mane olur.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər