9 C
Baku
Thursday, December 12, 2024

Bitkoinin çökməsi treyderlərə $3.5 mlrd. dollar zərər vurub

Treyderlər bitkoinin çökməsi səbəbindən 3.5 milyard dollardan çox pul itiriblər.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.

“Bybt” xidmətinin verdiyi məlumata görə, son 24 saat ərzində 321.3 min kriptotreyder mövqeyini ləğv edib. Ən böyük zərər “Huobi” kriptobirjasında olub – 43.7 milyon dollar.

Ən çox bitkoinlə ticarət edən treyderlər təsirləniblər (1.1 milyard dollar itki). “Ethereum” treyderləri 715 milyon dollar, “XRP” treyderləri isə 148 milyon dollar itiriblər.

Mövqelərin kütləvi şəkildə ləğv edilməsi sentyabrın 7-si bitkoinin kəskin ucuzlaşması fonunda başlayıb. Cəmi 1.5 saata kriptovalyuta 16% düşüb.

Sentyabrın 7-si səhər saatlarında bitkoin mayın ortalarından bəri maksimum həddini keçib və 52.9 min dollara çatıb. Salvadorda bitkoinin leqallaşdırılması haqqında qanunun qüvvəyə minməsindən sonra aktivin qiyməti kəskin artıb.

Son xəbərlər
Digər xəbərlər