Rusiyanın fövqəladə hallar naziri Yengeni Ziniçev təlimdə həlak olub.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
O, Norilskdə keçirilən idarələrarası təlimlərdə bir insanın həyatını xilas edən zaman baş verən bədbəxt hadisə nəticəsində həlak olub. Belə ki, Ziniçev sürüşərək suya düşən operatoru xilas etmək üçün suya atılıb, lakin daşın üzərinə çırpılıb. Suya düşən operatorun da həlak olduğu bildirib.
Qeyd edək ki, 55 yaşlı Y.Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.