12 C
Baku
Wednesday, December 11, 2024

Neftin 25 dollara düşməsi Azərbaycan üçün nə deməkdir? – HÖKUMƏTİN PROQNOZU

Neft sektorunun dövlət büdcəsi gəlirlərində və ixrac daxilolmalarında xüsusi çəkisinin hələ də yüksək olması neft qiymətlərinin aşağı düşməsi və hasilatın azalması risklərinin də hər zaman nəzərə alınmasını tələb edir.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.

Ölkəmizdə neftin hasilatına təsir edə bilən faktorlar kimi, neft quyuları üzrə ortamüddətli dövrdə nəzərdə tutulmayan əsaslı təmir işləri, qazma və hasiletmə üzrə fasilələr (texniki qəza və sair səbəbdən), habelə OPEC+ çərçivəsində ölkəmiz tərəfindən hasilatın məhdudlaşdırılması üzrə götürülə bilinəcək öhdəliklərlə bağlı risklər daxildir. Qeyd olunan amillər neft hasilatının həcminin 2-4 faiz azalmasına səbəb ola bilər.

Neft qiymətlərinin dəyişkənliyinə (volatilliyinə) dövlət maliyyəsi və ortamüddətli dövrdə büdcə gəlirləri daha çox həssasdır. Dövlət büdcəsinin tərtibi zamanı Dövlət Neft Fondunan dövlət büdcəsinə transfertin həcminin xarici valyutada deyil, manat ifadəsində müəyyən olunması qlobal əmtəə bazarlarında yaranmış neft qiymətləri üzrə volatilliyin dövlət büdcəsinə birbaşa təsirinin azalmasına xidmət edir. Beləliklə, dövlət büdcəsinin neft gəlirlərinin mühüm komponenti olan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği neftin qiyməti, hasilat həcmi və valyuta məzənnəsinin dəyişkənliyi ilə bilavasitə bağlı olmadığından növbəti ilin dövlət büdcəsinin neft gəlirləri üzrə mədaxili bir növ sığortalanır.

Bununla belə, neft qiymətlərinin kəskin düşməsi və bir büdcə ilindən artıq müddət ərzində aşağı səviyyədə qalması Dövlət Neft Fondunun gəlirlərini azaltmaqla aktivlərinin daha surətlə tükənməsinə gətirib çıxara bilər.

Qeyd olunmalıdır ki, ortamüddətli dövr üzrə büdcə parametrlərinin hesablanması zamanı neftin bir barelinin orta illik qiymətinin beynəlxalq maliyyə institutlarının və agentliklərinin proqnozlarından aşağı götürülməsi neftin qiyməti ilə bağlı risklərin qarşılanmasına (mitiqasiyasına) xidmət edir.

3423

Hesablamalara əsasən, neftin qiymətinin orta hesabla 5 ABŞ dolları aşağı düşməsi icmal büdcə gəlirlərinin proqnozla müqayisədə illik 1.5 milyard manat azalmasına gətirib çıxarır. Neftin bir barelinin satış qiyməti 25 ABŞ dollarınadək düşərsə ortamüddətli dövrdə icmal büdcənin gəlirləri proqnozla müqayisədə orta hesabla illik 5.9 milyard manat az olmasına səbəb ola bilər.

Neft qiymətlərinin bir ildən yuxarı müddət ərzində baza qiymətlər ssenarisindən 10 dollar və daha çox enməsi və bir il ərzində həmin səviyyədə qalması nəzərdə tutulandan əlavə borclanmanın və ya Dövlət Neft Fondundan transfertin, yaxud da qeyd olunan hər iki tədbirin kombinasının həyata keçirilməsini şərtləndirir. Xərclərin azaldılması ilk növbədə büdcə qanunvericiliyinə uyğun olaraq müdafiə olunmayan xərclərin – investisiya xərclərininaşağı salınması hesabına təmin edilməli olacaqdır. Göründüyü kimi, neft qiymətlərinin aşağı səviyyədə olması riskinin mitiqasiyası büdcə xərcləri hesablanarkən neft qiymətlərində konservativ yanaşmanı şərtləndirir.

22222 213

Son xəbərlər
Digər xəbərlər