6 C
Baku
Sunday, December 15, 2024

“Taliban” əcnəbilərin Əfqanıstanı tərk etməsinə icazə verdi

“Taliban” Əfqanıstandakı amerikalıların və digər ölkələrin vətəndaşlarının çarter reysləri ilə İslam Respublikasını tərk etməsinə icazə verəcək.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Biz 200 amerikalı və digər mülki şəxslərin Kabil hava limanından çarter ilə təxliyə edilməsinə icazə verdik. ABŞ və Avropa pasportu olanlar Kabildən cümə axşamı günortadan sonra uçacaq”, – deyə mesajda bildirilir.

Xatırladaq ki, avqust ayında ABŞ hərbi kontingentinin Əfqanıstandan geri çəkilməsi fonunda “Taliban” bütün ölkəni ələ keçirib.

Bundan sonra ABŞ ordusunun gücləndirilmiş mühafizəsi altında Kabil hava limanından Qərb ölkələri vətəndaşlarının və onlarla əməkdaşlıq edən əfqanların təcili təxliyəsi başlayıb.

31 avqust gecəsi ABŞ ordusu Əfqanıstanda təxminən 20 illik müharibəyə son qoyduğunu açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər