6 C
Baku
Sunday, December 15, 2024

Hökumət aqrar sektorda riskləri azaltmaq üçün xərcləri 73% artıra bilər

Azərbaycan hökuməti dövlət büdcəsinin növbəti illərdə aqrar sektorda sığortanın inkişafı proqramı üçün xərclərinin 3 il sonra 73% artıracağını proqnoz edir.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.

“Dövlət-özəl  tərəfdaşlığına əsaslanan  aqrar  sığorta  sisteminin  tətbiqi  ilə investisiya riskləri azaldılacaq, fermerlərədövlət dəstəyinin gücləndirilməsi iləməşğulluğa müsbət təsiretməsi iləyanaşı,ərzaq təhlükəsizliyinəda töhfəvermiş olacaqdır” – deyə bununla bağlı şərhdə deyir.

Büdcənin aqrar sığorta xərclərinin 2022-ci ildə ₼5 380 min, 2023-cü ildə ₼6 457.3 min, 2024-cü ildə ₼7 748.7 min və 2025-ci ildə isə ₼9 298.5 min olacağı proqnoz edilir.

 

 

Son xəbərlər
Digər xəbərlər