Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, II ixtisas qrupunda “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” (regionlar üzrə) ixtisasları ləğv edilərək III ixtisas qrupuna keçirilib.