Avropada təbii qazın qiyməti bir min kubmetr üçün 700 dolları keçib.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “ICE” birjasının təqdim etdiyi məlumatlarda deyilir.
Bildirildiyi kimi, sentyabrın 9-u oktyabr fyuçerslərinin qiyməti bir min kubmetrə görə 705 dollara çatıb.
Mütəxəssislərin fikrincə, önümüzdəki onilliklərdə qiymətlər yüksək olaraq qalmağa davam edəcək – bir çox ölkələr yaşıl enerjinin digər sahələrini inkişaf etdirənə kimi yanacağın bu növünə üstünlük verəcək.