Almaniyada istehlakçı qiymətləri avqust ayında 3,9% artıb. Bu, 27 ilin ən yüksək artım tempidir.
Bu barədə Almaniyanın Federal Statistika İdarəsinin (“Destatis”) açıqlamasında deyilir.
Qeyd olunur ki, aylıq inflyasiya sıfıra bərabər olub.
İyul ayında Almaniyada istehlak qiymətləri illik müqayisədə 3,8%, aylıq ifadədə isə 0,9% artıb.
Yüksək artım templəri müqayisə bazası ilə əlaqədardır. Belə ki, 2020-ci ildə ƏDV və ucuz neft məhsullarının müvəqqəti ləğv edilməsi səbəbindən qiymətlər daha aşağı idi.
Almaniyada keçən ay enerji qiymətləri illik ifadədə 12,6% (iyul ayında – 11,6%), ərzaq məhsullarının qiymətləri isə 4,6% (4,3%) artıb.
Avqust ayında xidmətlər 2,5% (bir ay əvvəl 2,2%), mallar isə 5,6% (5,4%) bahalaşıb.