Portuqaliyanın sabiq prezidenti Jorje Sampayyu 82-ci yaşında vəfat edib.
Bu barədə TASS agentliyinə istinadən xəbər verilir.
Sabiq ölkə başçısı 2 həftə əvvəl respirator xəstəlik səbəbindən yerləşdirildiyi Lissabondakı xəstəxanada dünyasını dəyişib. J.Sampayyunun ürək-damar xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.
Xatırladaq ki, o, 1996-cı ildən 2006-cı ilədək Portuqaliya prezidenti vəzifəsini tutub. Demokratiyanın möhkəmləndirilməsi və insan hüquqlarının qorunması sahəsində fəaliyyətinə görə Jorje Sampayyu 2015-ci ildə BMT-nin Nelson Mandela adına mükafatına layiq görülüb.