Fransa Prezidenti Emmanuel Makron sentyabrın 16-da Almaniya Kansleri Angela Merkellə görüşəcək.
“Reuters”in verdiyi xəbərə görə, Yelisey Sarayında baş tutacaq görüşdə tərəflər Əfqanıstanda və Afrikanın Sahel regionundakı vəziyyəti müzakirə edəcəklər.
Eyni zamanda, E. Makron və A. Merkel Fransanın qarşıdan gələn Aİ prezidentliyinə dair fikir mübadiləsi aparacaqlar.