Rusiya fövqəladə hallar nazirinin birinci müavini Aleksandr Çupriyan müvəqqəti olaraq qurumun rəhbəri vəzifəsini icra edəcək.
Bu barədə Vladimir Putin sərəncam imzalayıb.
Qeyd edək ki, general-polkovnik Aleksandr Çupriyan 2018-ci ildə Rusiya fövqəladə hallar nazirinin birinci müavini postunu tutub.
Xatırladaq ki, bundan əvvəl vəzifədə olan Yevgeni Ziniçev Norilskdə təlimlər zamanı xidməti vəzifəsini yerinə yetirərkən 55 yaşında dnüyasını dəyişib.