2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan polisi Gorus-Qafan yolunda İranın yük maşınlarını yoxlamağa başlayıb

Bu gün saat 12:00-dan etibarən Azərbaycan polisi Gorus-Qafan yolu ilə hərəkət edən İrana məxsus yük maşınlarını yoxlamağa başlayıb.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Son günlər İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılıb.

Eyni zamanda, bu gün sözügedən məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb.

Xatırladaq ki, dünən Daxili İşlər Nazirliyi “Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki, işğaldan azad edilmiş bütün şəhər və rayonlarımızın ərazisində olduğu kimi Qubadlı rayonunun inzibati ərazisində də daxili işlər orqanlarının əməkdaşları öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər. Xidmətin daha səmərəli təşkili üçün məqsədəmüvafiq bilinən yerlərdə polis postları təyin olunur.

Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər